Dünya çempionatında sonuncu cüdoçumuz mübarizəyə qoşulurbackend

Dünya çempionatında sonuncu cüdoçumuz mübarizəyə qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

İnterpress.az xəbər verir ki, bu, millimizin sonuncu üzvü – 100 kq çəki dərəcəsində güləşən Elmar Qasımovdur.

O, 1/16 finalda Mərt Şişmanlar (Türkiyə) – İlya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazanıb.

 

İnterpress.az