ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, səriştəsiz liderlər və İkinci Dünya Müharibəsi zamanı Amerika qüvvələri tərəfindən Yaponiyaya atılan atom bombalarından 500 dəfə güclü nüvə silahları dünyanı tamamilə yox olmaq ərəfəsindədir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tramp deyib: “Bax, bütün bunlara görə biz III Dünya Müharibəsinə girə bilərik. Hesab edirəm ki, bu, tarixin ən təhlükəli dövrüdür. Birinci səbəb, zirvədə bacarıqsız insanların olmasıdır”.
Tramp Rusiya-Ukrayna böhranına da toxunub.
Rusiyanın keçən il Baltik dənizində “Şimal axını” boru kəmərlərini bombalaması ilə bağlı suala Tramp bunun Moskvaya görə olmadığını deyib.
“Ölkəmizi bəlaya düçar etmək istəmirəm, ona görə də cavab verməyəcəyəm”, – o, təxribatda Vaşinqtonun əli olduğunu eyham edib.
“Düşünürəm ki, insanların çoxu bunu kimin etdiyini bilir”, – deyən keçmiş prezident boru kəmərlərinin partladılmasının “çox təhlükəli” olduğunu etiraf edib.
ABŞ-ın özünün kritik infrastrukturuna cavab hücumları riskinə məruz qalıb-qalmaması ilə bağlı suala o, “Məncə, biz infrastrukturdan daha çox şeydən danışırıq” dedi.
Tramp həmçinin xəbərdarlıq edib ki, nüvə silahları bu gün dünyanın üzləşdiyi ən böyük təhlükədir və ABŞ və Rusiya arsenallarının görünməmiş məhvinə səbəb ola bilər.