Alman rəssam Boris Eldaqsen süni intellektlə yaradılmış foto ilə Sony World Photography Awards mükafatını qazanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Amma mükafatdan imtina edən rəssam bunun süni intellekt müzakirəsinə diqqət çəkmək üçün hazırlandığını izah edib.
Alman rəssam Boris Eldaqsen Sony World Photography Awards-da qazandığı kreativ açıq kateqoriya mükafatını qəbul etməyəcəyini açıqlayıb.
Qalib gələn fotoda müxtəlif nəsillərdən olan iki qadın ağ-qara rəngdə təsvir edilib.
Lakin bu, orijinal foto deyil, süni intellektin yaratdığı foto idi.