Dünyada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək dünya üzrə 681,773,300 nəfər bu virusa yoluxub.
Bu isə o deməkdir ki, son sutkada dünya üzrə yoluxanların sayı 95 352 nəfər təşkil edib.
6,813,317 nəfər xəstəlikdən ölüb.
Eyni zamanda, xəstəlikdən 654,857,173 nəfər sağalıb.