Dünyada IQ reytinqi yenilənərək, Asiya ölkələri zirvəni ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Worldwide IQ Test” məlumat yayıb.
Dünyanın ən böyük test aqreqatoru ölkələrin orta IQ səviyyəsinə görə yeni reytinq tərtib edib.
İlk üçlük tam şəkildə Asiya ölkələrinin olub: Yaponiya — 112.20, Çin — 111.74 və Tayvan — 111.19 balla liderlik edir.
Avropada ən yüksək nəticə Macarıstana məxsusdur. Ölkə 111.06 balla ümumi siyahıda dördüncü sırada qərarlaşıb.
Reytinqdə Azərbaycan 97.30 orta IQ balı ilə 71-ci yerdədir. Ekspertlər bu göstəricinin kifayət qədər yüksək olduğunu bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az






