Əfqanıstanda məktəbə qumbara atılıb, iki şagird həlak olubbackend

Əfqanıstanda məktəbə qumbara atılıb, iki şagird həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Kuştəpə rayonunda məktəbə əl qumbarasının atılması nəticəsində iki şagird həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cüzcan Polis İdarəsinin sözçüsü Əbdül Səttar Həlimi mətbuata verdiyi açıqlamada, naməlum şəxsin Kuştəpə rayonundakı məktəbə əl qumbarası atdığını bildirib.

Hücumda 2 şagirdin həyatını itirdiyini ifadə edən Halimi, 4 şagirdin yaralandığını bildirib.

Hadisə şahidləri hücumun qızların təhsil aldığı ibtidai məktəbdə təşkil edildiyini iddia edib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.