Əfqanıstanda partlayış: 2 ölü, 12 yaralı varbackend

Əfqanıstanda partlayış: 2 ölü, 12 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında naməlum səbəbdən partlayış baş verib. Şiddətli partlayışdan sonra hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib.

1-i uşaq olmaqla 12 yaralı xəstəxanaya yerləşdirilib.

Digər 2 yaralı isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.