Əfqanıstanda silahlı hücum: 6 ölübackend

Əfqanıstanda silahlı hücum: 6 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyi yaxınlığında kamikadzenin hücumu nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Həmin şəxsin zərərsizləşdirildiyi və üzərindəki bombanın partladığı bildirilin.

Hücumda 6 mülki vətəndaş həyatını itirib.

Hücum nəticəsində biri uşaq, 3-ü Taliban olmaqla 12 nəfər yaralanıb.

Taliban rəsmiləri hələlik açıqlama verməsələr də, heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.