Son bir həftədə Əfqanıstanın 23 əyalətində daşqın nəticəsində 10 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Taliban hökumətinin rəsmiləri Əfqanıstanın 23 vilayətində son bir həftədə yağan yağışlar nəticəsində daşqınların yaşandığını bildirib.
Daşqınlarda 10 nəfərin həyatını itirdiyini qeyd edilib və 76 nəfərin yaralandığını bildirilib.
Eyni zamanda sel altında qalan 1800 evin yararsız hala düşdüyü, 22 min hektar əkin sahəsinin dağıldığı vurğulanıb.
Ən çox zərər Pervan və Belh əyalətlərində müşahidə olunub.