Əfsanəvi futbolçu Pelenin adı lüğətə salınıbbackend

Əfsanəvi futbolçu Pelenin adı lüğətə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın ən məşhur lüğətlərindən biri olan portuqalca “Michaelis lüğətin”ə “pele” sözü əlavə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yeni sifət nitq hissəsi kimi təqdim edilən bu söz böyüklük, tayı-bərabəri olmayan üstünlük deməkdir.

Onun lüğətə əlavə edilməsi barədə qərar bu layihənin reallaşması üçün kampaniya aparan Pele Fondu tərəfindən verilib.

Fond tərəfindən yayılan petisiya bir aydan az müddətdə 125 mindən çox imza toplayıb.

Qeyd edək ki, Pele ötən ilin dekabr ayında 82 yaşında vəfat edib.

Üç dəfə Dünya Kubokunu qazanan yeganə oyunçu olan Pele tarixin ən yaxşı oyunçusu hesab olunur.