Minsk Litvadakı meteobalon insidentində günahını qəbul etməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko deyib ki, əgər ölkəsi Litvada kontrabanda məqsədilə uçan hava şarları ilə bağlı insidentdə həqiqətən günahkardırsa, Minsk bu məsələni açıq müzakirə etməyə və üzr istəməyə hazırdır.
“Əgər bizə sübut olunarsa ki, biz günahkarıq – bunu indi sübut etməyə çalışırlar – biz açıq şəkildə müzakirəyə hazırıq və üzr istəyəcəyik, bu dəqiqdir.
Amma əgər ora yalnız hava balonları, siqaret və ya başqa nəsə uçursa, bu məsələni orada həll etmək lazımdır”, – Lukaşenko deyib.
Xuraman Etibarlı
İnterpress.az





