Ekoaksiya 109: Xankəndi-Laçın yolunda etirazlar davam edirbackend

Ekoaksiya 109: Xankəndi-Laçın yolunda etirazlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası artıq 109 gündür ki, davam edir.

İnterpress.az xəbər verir ki, ötən ilin dekabrın 12-si səhər saatlarından başlayan aksiya hazırda davam etdirilir.

Yüksək əhval-ruhiyyə ilə keçirilən aksiya ötən gecə boyu da davam edib.

Fasiləsiz davam edən dinc aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri əleyhinə şüarlar səsləndirirlər.

Aksiyada ermənilərin müharibə cinayətlərinə etiraz əlaməti olaraq “Mina terroruna son!” şüarları səsləndirilir.

Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulmasını tələb edirlər.