Avstraliyanın yay mövsümündə El Nino hava hadisələrinin və Hind okeanı Dipolunun təsiri altında olacağı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avstraliya Meteorologiya Bürosunun açıqlamasına görə, ölkədə dekabr, yanvar və fevral aylarında yay mövsümündə təsirli olacaq El Nino və Hind Okeanı Dipolu yağışı Avstraliyadan uzaqlaşdıracaq.
Büro hazırda yazın yaşandığı ölkədə yaz və yay aylarında təsirli olacaq El Nino hava hadisələrinin isti və quraq mövsümə səbəb olacağını, eyni zamanda yanğın riskini artıracağını açıqlayıb.
Meteorologiya Bürosunun Klimatoloqu Ketrin Qanter də Hind okeanının dipolunun ölkənin bəzi bölgələrində orta səviyyədən aşağı yağıntılara və orta temperaturdan yüksək temperatura səbəb olduğunu bildirib.
Avstraliyada əvvəlki El Nino və Hind okeanı Dipolu hava hadisələri 2015-ci ildə baş vermişdi. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Sakit Okeanın mərkəzi və şərq bölgələrində 2 ildən 7 ilə qədər fasilələrlə El Nino rəqsləri baş verir. El Nino-nun cənub yellənməsi Cənub Yarımkürəsində ekstremal hava hadisələrinə səbəb olur, şimal rəqsi isə Asiya qitəsində güclü istilik, yağıntı və tufanlara səbəb olur.