Əlcəzair hökuməti Fransadakı səfirini geri çağırmağa qərar verib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Ennahar Online” informasiya portalı məlumat yayıb.
Qərar Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra qəbul edilib.