Əlcəzairdə helikopter qəzası olub, ölənlər varbackend

Əlcəzairdə helikopter qəzası olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzairin şimalında orduya məxsus “Mi-171” helikopterinin qəzaya uğraması nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Algeria Press Service” məlumat yayıb.

Bildirilib ki, insident Ayn-Defla əyalətinin El Attaf rayonunda baş verib.

Milli Müdafiə Nazirliyi qeyd edib ki, helikopter planlı təlim uçuşu həyata keçirib. Hadisənin səbəb və şəraitinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.