Elçin Əmirbəyov
“Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni əhalisi arasında dialoq, onların cəmiyyətimizə reinteqrasiyası sırf ölkəmizin daxili işidir və bu məsələlərin Ermənistanla heç bir əlaqəsi yoxdur”.
“İnterpress.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi əsasında sülh danışıqları aparır.
Onun sözlərinə görə, Qarabağın erməni əhalisinin nümayəndələri ilə başlayan təmaslar Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına da töhfə verəcək.
E.Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi artıq saziş layihəsini Ermənistana göndərib.