Əli Əsədovdan vaksinasiya prosesi ilə bağlı AÇIQLAMAbackend

Əli Əsədovdan vaksinasiya prosesi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu günə qədər Azərbaycanda 460 minə yaxın vətəndaş vaksinasiya olunub.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim edərkən deyib.

O bildirib ki, vaksinasiya koronavirus infeksiyasının yayılmasının miqyasını kiçildəcək.

Baş nazir Azərbaycan dövlətinin pandemiya ilə mübarizə və fəsadların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirdiyini də diqqətə çatdırıb. 

 

İnterpress.az