Elit fransız suyu Perrier təhlükəlidir. Onun tərkibində patogen bağırsaq bakteriyaları aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
Şirkət istehsalı müvəqqəti olaraq dayandırıb. Yüz minlərlə butulka da mikroblara görə geri çağırılıb.
Laborator müayinələr zamanı immun sistemi zəif olan insanlarda həzm pozğunluqlarına və infeksiyalara səbəb ola bilən Enterobacteriaceae ailəsinə aid mikroorqanizmlərin olması aşkar edilib.
Keçən il fransızlar sudakı nəcis bakteriyalarına görə artıq 3 milyondan çox şüşəni məhv ediblər.
Xuraman Etibarlı
İnterpress.az