Elxan Məmmədov söz verdi – Mingəçevir klubu çempionata qayıdırbackend

Elxan Məmmədov söz verdi – Mingəçevir klubu çempionata qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Region Liqasında çıxış edən Mingəçevirin “Energetik” klubu yenidən Azərbaycan çempionatının Birinci divizionunda mübarizə aparacaq.

bu barədə apasport.az saytına komandanın məşqçisi Azər Həşimov məlumat verib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə Mingəçevirə səfəri zamanı bu barədə söz verib:

“Bilirsiniz ki, Region Liqası həvəskar çempionat sayılır. AFFA vitse-prezidentinə dedik ki, peşəkar klub kimi fəaliyyət göstərmək istəyirik. O da söz verdi ki, şərait yaradacaq, gələn mövsüm ölkə çempionatında – birinci divizionda iştirak edəcəyik”.

Azər Həşimovun sözlərinə görə, AFFA Mingəçevir stadionunun təmirinə də maliyyə yardımı edəcək.

Qeyd edək ki, Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan “Energetik” ilk 2 oyunda 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.