“Ən önəmli rol oynayan Azərbaycandır” – Ərdoğanbackend

“Ən önəmli rol oynayan Azərbaycandır” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün cənab İlham Əliyevlə danışdım. Bir amfibiya təyyarəsi göndərəcəyini dedi”.

İNTERPRESS.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk televiziyalarına müsahibəsində deyib.

“Bir daha bütün ölkələrə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Azərbaycan 200-dək yanğınsöndürəni bizə göndərdi. Hazırda 1 yanğınsöndürən helikopteri və çox sayda heyət ölkəmizdə mübarizə aparır. Ruisyadan da 5 təyyarə və 3 helikopterlə, İrandan 1 təyyarə, 2 helikopterlə, Ukraynadan 3, Xorvatiyadan 1, İspaniyadan 2 təyyarə ilə yanğınla mübarizəmiz davam edir”, – deyə Ərdoğan bildirib.