Enerji içkiləri 22 yaşlı gənci İFLİC ETDİ – FOTObackend

Enerji içkiləri 22 yaşlı gənci İFLİC ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

22 yaşlı gənc enerji içkilərindən ağır zəhərlənmə ilə xəstəxanaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada 22 yaşlı Artyom uzun müddət enerji içkilərindən həddindən artıq istifadə etdiyinə görə xəstəxanaya yerləşdirilib.

Ona mədəaltı vəzinin nekrozu və ayaq funksiyalarının qismən iflic olması diaqnozu qoyulub.

Məlumata görə, Artyom gecələr oyun oynamaq üçün yatmayıb və ayıq qalmaq məqsədilə enerji içkilərinə alışıb.

Başlanğıcda günə bir banka ilə kifayətlənsə də, az müddətdə bu rəqəm səhər tezdən acqarına 3–5 banka içməyə qədər artıb.

Toksiki yüklənmə nəticəsində onun orqanizmi kəskin zərbə alıb və həyati vacib orqanlar sıradan çıxmağa başlayıb. Həkimlər vəziyyətini ağır, lakin stabil kimi qiymətləndirir.

Həkimlər enerji içkilərinin davamlı və nəzarətsiz istifadəsinin xüsusilə gənclər üçün həyati təhlükə yaratdığını bir daha vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az