Gürcüstanın Kutaisi şəhərində dəhşətli cinayyət hadisə baş verib.
İnterpress.az yerli mətbuata istinadən xəbər verir ki, Ər 37 yaşlı həyat yoldaşına soyuq silahla 17 bıçaq zərbəsi vurub, sonra isə intihar edib. Huşsuz vəziyyətdə olan qadını qonşuları tapıb və təcili tibbi yardım çağırıblar. Hazırda 37 yaşlı qadının ağır vəziyyətdə reanimasiya şöbəsində olduğu bildirilir. Ölən şəxsin cəsədi isə artıq doğulduğu Xobi kəndinə aparılıb. Baş verən cinayət faktı ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.