HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabındaki paylaşımında deyilir.
“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.
O əlavə edib ki, Türkiyə Fələstinə bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək./apa