Ərdoğan Qarabağdan DANIŞDI: “Kirli işğal sona çatdı”backend

Ərdoğan Qarabağdan DANIŞDI: “Kirli işğal sona çatdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb, ATƏT-in Minsk Qrupunu ittiham edib.

“Haber Global”ın məlumatına görə, R.T.Ərdoğan deyib ki, Minsk Qrupu Qarabağ münaqişəsini 30 ildə qarışıq vəziyyətə gətirmişdi.

“Azərbaycanlı qardaşlarımız dialoq üçün cəhdlər etdi, Ermənistan tərəfi isə təcavüzə davam etdi. Ermənistan bununla da dialoqu dalana dirəyən tərəf oldu”, – deyə Türkiyə lideri söyləyib.

R.T.Ərdoğan qeyd edib ki, Ermənistan ordusu yenidən hücuma keçəndə, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında yer alıb.

“Dastana dönən mübarizədə kirli işğal sona çatdı”, – R.T.Ərdoğan vurğulayıb.

 

İnterpress.az