Ərdoğanla Putin arasında telefon danışığı olubbackend

Ərdoğanla Putin arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Görüşdə Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Rusiya Prezidenti Putinə Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi ilə bağlı müsbət münasibətinə görə təşəkkür edib.

Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişələrin danışıqlar yolu ilə tez bir zamanda sona çatdırılmasına önəm verdiklərini bildirib.

Prezident Ərdoğan Soçidə razılaşdırılan iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini bildirib.