Ərdoğanla Stoltenberq arasında telefon danışığı olubbackend

Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə telefonla danışıb.

İnterpress.az xəbər verir ki, görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı inkişaflar müzakirə edilib.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Finlandiyanın bu prosesdə tutduğu rəftarla İsveçdən müsbət şəkildə fərqləndiyini ifadə edərək, Finlandiyanın NATO-ya üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisində təsdiqi prosesinə başlamağı qərara aldıqlarını bildirib.