Ərəb ölkələrində səhralaşma: əkinç sahələri “nəsli kəsilmək” təhlükəsi ilə üzləşib – ARAŞDIRMAbackend

Ərəb ölkələrində səhralaşma: əkinç sahələri “nəsli kəsilmək” təhlükəsi ilə üzləşib – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb ölkələrində səhralaşma problemi son illərdə ekoloji problem yaşatmaqla yanaşı bütün regionda kənd təsərrüfatı sahələri üçün təhlükəyə çevrilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ərəb ölkələri, bir çox digər ölkələr kimi, ərzaq tədarük zənciri böhranlarından keçir və hazırda onların ərzaq təhlükəsizliyinə, eləcə də iqtisadi və siyasi təhlükəsizliyinə strateji təhlükə yaradan səhralaşma ilə mübarizə aparır.

Ərəb Valyuta Fondunun öz saytında dərc etdiyi araşdırmaya görə, ərəb dünyasında təxminən 35,7 milyon hektar kənd təsərrüfatı sahəsi səhralaşmanın təsiri altındadır.

Bu, xüsusilə Sahara səhrasının ətəklərində yerləşən rayonlarda ümumi əkin sahəsinin 18 faizinə uyğundur. Ərəb dünyasında torpaqların 68,4 faizi səhraya çevrildiyi halda, 20 faizi səhralaşma təhlükəsi qarşısındadır.

Səhralaşmamış torpaqların ümumi sahəsi 11,6 faizlə məhdudlaşır.

Araşdırmada Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər kimi ərəb ölkələri “səhralaşmış torpaqlar” sayılır.

Misir, Cibuti, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Yəmən və Mərakeş də daxil olmaqla 10 ölkədə səhralaşmış torpaqların nisbəti 60-98 faiz arasında dəyişir.

Somali, Suriya və İraq kimi ölkələr də var ki, onların torpaqlarının 50 faizindən çoxu səhralaşma təhlükəsi altındadır.