Əri və qardaşı şəhid olan xanım tələbə adını qazandıbackend

Əri və qardaşı şəhid olan xanım tələbə adını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsində qardaşı və həyat yoldaşı şəhid olan Nargül İbrahimli ali məktəbə qəbul olub.

Nargül xanım Naxçıvan Dövlət Universitetinə və eyni zamanda Türkiyənin Giresun Universitetinə qəbul olaraq tələbə adını qazanıb.

Qeyd edək ki, N.İbrahimli Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Ələkli kəndində yaşayır.

Onun həyat yoldaşı Adil İbrahimli 7 noyabr 2020-ci ildə Şuşada şəhid olub. Qardaşı Elton Qəmbərli isə 2020-ci ilin oktyabrında şəhidlik zirvəsinə ucalıb və Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. (modern.az)