Erməni deputat: “Hakimiyyət Rusiya ilə münasibətləri gərginləşdirir”backend

Erməni deputat: “Hakimiyyət Rusiya ilə münasibətləri gərginləşdirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri durmadan gərginləşdirir, onu dönüşü olmayan həddə çatdırır”.

İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan rəsmi İrəvanın son addımlarına, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, əsas problem iki ölkə arasında fikir ayrılığının olması deyil: “Müəyyən məsələlərə yanaşmada həmişə fərqliliklər ola bilər və bu təbiidir. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti münasibətləri hər cür gərginləşdirir, münaqişəyə gətirib çıxarır və onu o həddə çatdırmağa çalışır ki, bundan sonra normal vəziyyətə düşmək mümkün olmasın”.

O qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin fundamental səbəbi 2018-ci ildə hakimiyyət dəyişikliyi və N.Paşinyanın qəbul etdiyi və dəhşətli nəticələrə gətirib çıxaran siyasətidir.

T.Abramyan əmindir ki, münasibətlərin bərpası üçün potensial tükənməyib, lakin bu, nə istəyi, nə də iradəsi olmayan indiki Ermənistan hakimiyyəti dövründə baş verə bilməz: “Üstəlik, ideoloji baxımdan Ermənistan hakimiyyəti tamam başqa istiqamətdədir”.