Erməni havadarlarına XƏBƏRDARLIQ: “Dəmir Yumruq” yerindədirbackend

Erməni havadarlarına XƏBƏRDARLIQ: “Dəmir Yumruq” yerindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin havadarları anlamalıdırlar ki, güclü Azərbaycan ordusu Zəfərini hər zaman qorumaq iqtidarına malikdir”.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bildirib ki, Cənubi Qafqaz uzun müddət Rusiyanın nüfuz dairəsində olduğu üçün bu dövlətin iradəsi ilə hər kəs hesablaşmalıdır. Bununla yanaşı, Jirinovski Eyni zamanda Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib.

İnterpress.az xəbər verir ki, mövzu ilə bağlı deputat Vüqar Bayramov öz fikirlərini bölüşüb. O, qeyd edib ki, Jirinovskinin sayıqlamaları Rusiyanin rəsmi mövqeyi kimi qəbul edilə bilməz:

“Artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir. Amma bu sərsəm ritorikadan başqa heç nə deyil. Son illər iki dövlət arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Bu siyasi təlxək anlamalıdır ki, onun sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz.

Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi mövcuddur. Bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib.

Ermənilərin havadarları anlamalıdırlar ki, şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən “Dəmir Yumruq” yenə yerindədir, hər an torpaqlarımıza göz dikənləri başına endirilə bilər”.

Gülşən