Erməni icması bəyanat yaydı: Azərbaycanın tərkibində azərbaycanlılarla dinc şəraitə yaşamağa hazırdırlarbackend

Erməni icması bəyanat yaydı: Azərbaycanın tərkibində azərbaycanlılarla dinc şəraitə yaşamağa hazırdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ erməniləri Azərbaycanın tərkibində azərbaycanlılarla dinc şəraitə yaşayıb və bundan sonra da yaşayacaq”.

İnterpress.az xəbər verir ki, Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Dağlıq Qarabağın erməni icmasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan regionda qarşılıqlı münasibətlərin konfiqurasiyasını düşmənçilikdən əməkdaşlığa dəyişir:

“Biz dünya alimlər, tarixçilər, tədqiqatçılar ictimaiyyətinə səslənirik və Dağlıq Qarabağda tarixi abidələrin, eləcə də köklü əhalinin mənşəyini obyektiv araşdırmağa çağırırıq. Dağlıq Qarabağda əsrlər boyunca yalnız ermənilərin yaşaması fikri yanlışdır. Dağlıq Qarabağ ərazisində müxtəlif etnoslar yaşayıb. Onları Ermənistanla yalnız kilsə bağlayıb, belə ki, alban kilsəsi 19-cu əsrin əvvəlində ləğv olunub və onun yerini erməni kilsəsi tutub. Qarabağa İran və Anadoludan yerli erməniləri qat-qat üstələyən sayda ermənilər köçürülüb. Bu yolla azərbaycanlılarla müqayisədə erməni çoxluq yaradılıb”.

 

İnterpress.az