Erməni yük maşını sürücüləri etiraz olaraq Ermənistan–Gürcüstan magistralını bağlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistanın yükdaşıma sürücüləri etiraz aksiyası keçirərək Ermənistanı Gürcüstanla birləşdirən beynəlxalq magistral yolu bağlayıblar.
Sürücülərin çoxu Rusiyada qalma müddətini yeni qaydalar səbəbindən aşdıqları üçün narazılıq bildirir.
Ermənistanın iqtisadiyyat naziri məsələni Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün ümumi problem adlandıraraq, onun həlli üzərində iş getdiyini bildirib.
Avrasiya Komissiyası da Aİİ ölkələrindən olan sürücülərə tətbiq edilən miqrasiya məhdudiyyətlərinin ləğv oluna biləcəyini açıqlayıb. Lakin qərarın qəbul olunma tarixi hələ müəyyən edilməyib.
Xuraman Etibarlı
İnterpress.az






