Erməni terrorçu postumuza qumbara atdı: Xankəndi-Laçın yolu bağlandıbackend

Erməni terrorçu postumuza qumbara atdı: Xankəndi-Laçın yolu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.

Turkustan.az Ermənistan mediasına istinadən bildirir ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.

Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.

Olayın təfərrüatları hələlik bəlli deyil.