Ermənilər Qırğızıstana qarşı: “Ermənistanın üzünə açıq-aşkar tüpürdülər…”backend

Ermənilər Qırğızıstana qarşı: “Ermənistanın üzünə açıq-aşkar tüpürdülər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük savaş nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının əhəmiyyətli hissəsini azad etməsi bölgədə yeni dövrün başlanğıcını qoyub. Zəfərin 1 illiyi münasibətilə bir çox dövlətlər Azərbaycana rəsmi təbrikləri çatdıraraq, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlərin ifadə ediblər. Bunlardan biri də qardaş Qırğızıstandır.

Qırğızıstanın 8 noyabr Zəfər günü münasibətilə Azərbaycan rəsmi təbriki Ermənistanda hiddətə səbəb olub.

Erməni siyasi şərhçilər yarılar ki, “Noyabrın 8-də Qırğızıstanın Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabında aşağıdakı məzmunda mətn yerləşdirib: “Qardaş Azərbaycan Respublikasını 8 Noyabr – Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünün tarixi bərpası münasibətilə təbrik edirik. Bu əlamətdar gündə Azərbaycan hökumətinə və xalqına gələcək tərəqqi, inkişaf və firavanlıq arzulayırıq”. Bu sitatdan sonra erməni şərhçi Tevos Arşakyan Qırğızıstana qarşı təhqir dolu ifadələr işlədilir: “Fikir verin – keçmiş sovet məkanının ən geridə qalmış respublikalarından biri olan Qırğızıstanın Xarici İşlər Nazirliyi qədim erməni xalqının və Ermənistanın üzünə açıq-aşkar tüpürür. Bu cür təbriklərdən sonra mən şəxsən qırğızların peşəkar diplomatlarının olub-olmadığına şübhə ilə yanaşıram. Razılaşın, diplomatik dillə desək, bu təbrik diplomatiya və etiket normalarına açıq şəkildə məhəl qoymamağı nəzərdə tutur. Amma şübhə etmədiyim məsələ Ermənistanda Xarici İşlər Nazirliyinin, nazirliyin, ümumiyyətlə diplomatların olmamasıdır. Axı Vazgen Sarkisyan küçəsində yerləşən idarə – (Ermənistan-nın XİN-i nəzərdə tutulur) qırğızların anti-erməni hücumuna heç bir reaksiya verməyib. Ümumiyyətlə, heç nə olmamış kimi susur”.

T.Arşakyan hesab edir ki, “əvvəlcə Qırğızıstanın səfiri XİN-ə çağırılacaq, orada yaxşı döyüləcəkdi. İkincisi, səfir persona non-qrata elan ediləcək və bütün diplomatik missiya 24 saat ərzində ölkədən qovulacaq. Təbii ki, normal ölkə Qırğızıstandan səfiri dərhal geri çağırardı, ondan sonra bütün münasibətlərin – diplomatik, iqtisadi, siyasi və digər əlaqələrin kəsildiyi elan olunardı.

Tevos sonra xatırladır ki, Qırğızıstanın Ermənistanda səfirliyi yoxdur, Qırğızıstan diplomatik missiyasının iqamətgahı Moskvadadır: “Amma etiraz notası göndərmək və sonra Qırğızıstanla bütün əlaqələri kəsmək lazım idi. Mütləq ki, gələcəkdə heç kim Ermənistanı erməni xalqına qarşı belə rəftar etməyə cürət etməsin. Amma bizim Xarici İşlər Nazirliyimiz susdu”.

Erməni şərhçi onu da xatırladır ki, Qırğızıstan Ermənistanla MDB, KTMT və Avrasiya İqtisadi Birliyində müttəfiq olsa da, Azərbayanın tərəfindən çıxış edir: “Amma bu o demək deyil ki, biz erməni jurnalistlər də susmalıyıq. Bizi heç bir diplomatik etiket saxlamır. Bütövlükdə, biz yaxşı bilirik ki, qüsurlu və yoxsul qırğızlar bizim müttəfiqimiz, hətta dostumuz da deyillər. Və ilk fürsətdə biz onlara Azərbaycana təbriklərini mütləq xatırladacağıq. Ermənilər gözləməyi bilirlər və hətta illər sonra da öz düşmənlərindən qisas almağı bacarırlar”.