Ermənistan İstintaq Komitəsi böyük miqyaslı dələduzluğu İFŞA ETDİbackend

Ermənistan İstintaq Komitəsi böyük miqyaslı dələduzluğu İFŞA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 8,7 milyon dramlıq onlayn dələduzluq edən ər-arvada qarşı ittiham irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Ermənistanda bir cütlük onlayn hesab girişlərindən sui-istifadə edərək şirkətlərin və fərdi sahibkarların adından saxta müraciətlər təqdim etməkdə ittiham olunur.

İstintaqa görə, onlar sahibkarların xəbəri olmadan vahid hesabdan vəsaitlərin geri qaytarılması barədə ərizələr göndərib, həmçinin antikovid qrantları üçün müraciətlər tərtib ediblər. Pullar isə birbaşa onların şəxsi bank hesablarına köçürülüb.

Toplam ziyan 8,7 milyon dram (təxm. 23 min dollar) təşkil edib.

Fakt üzrə xüsusilə böyük məbləğdə dələduzluq maddəsi ilə cinayət təqibi başladılıb.

Xuraman Etibarlı

İnterpress.az