Ermənistan Respublika Təcili Yardım Xidmətinin direktoruna qarşı ittiham İRƏLİ SÜRÜLDÜbackend

Ermənistan Respublika Təcili Yardım Xidmətinin direktoruna qarşı ittiham İRƏLİ SÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublika Təcili Yardım Xidmətinin direktoruna qarşı ittiham irəli sürülüb.

interpress.az xəbər verir ki, bu barədə erməni mediasına Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib. Bildirilir ki, Respublika Təcili Tibbi Yardım Xidmətinin direktoru ittiham olunub.

“Ermənistan Respublikası Səhiyyə Nazirliyinin Respublika Fövqəladə Hallar Xidmətinin direktoru saxta tibbi diaqnoz əsasında çağırışçını məcburi hərbi xidmətdən azad etmək müqabilində xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində direktorla yanaşı, daha 3 nəfər təqsirləndirilən şəxs statusundadır və barələrində həbs qətimkan tədbiri seçilib”, – Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib.

Məlumata görə, söhbət yeni təyin olunmuş rəhbər Saak Akopyandan gedir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Xuraman Etibarlı

İnterpress.az