Ermənistan Türkiyə ilə sərhədin açılmasının mümkün nəticələrini qiymətləndirir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Naziri Gevorg Papoyan bildirib.
O deyib ki, ölkə bu dəfə Türkiyə ilə sərhədin açılmasının iqtisadi təsirlərini, idxal-ixrac imkanlarını və digər maliyyə aspektlərini qiymətləndirir.
“Hazırda biz sərhədin açılmasının ticarətə hansı təsir göstərəcəyini, hansı məhsulların idxal və ixrac edilə biləcəyini analiz edirik. Bu proses öyrənilməli və düzgün aparılmalıdır”, – Papoyan deyib.
Xuraman Etibarlı
İnterpress.az






