“Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı dostluq əlini tutmalıdır” – Akarbackend

“Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı dostluq əlini tutmalıdır” – Akar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” tarixi bir addımdır”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib.

““Şuşa Bəyannaməsi sadəcə iki ölkənin yox, bütün Qafqazın inkişafı və sabitliyi üçün də böyük əhəmiyyət daşıyır. Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq platforması” təklifimiz daxil olmaqla fürsətləri yaxşı dəyərləndirməlidir. “İki dövlət, tək millət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanlarında olacağıq”.

Nazir bildirib ki, Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir, regionda sülhün təmin olunması üçün böyük səy göstərir.

O, Azərbaycanın 30 ildir işğal altındakı torpaqlarını 44 gün davam edən “Tək Vətən Hərəkatı” ilə azad etdiyini, bu müddət ərzində Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu xatırladıb.

““Tək Vətən Hərəkatı”ndan sonra imzalanan atəşkəs çərçivəsində yaradılan Birgə Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və rus hərbçiləri xidmət aparır, sabitlik və atəşkəsin davamlı olması üçün səy göstərir”, – türkiyəli nazir vurğulayıb.

“Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil məsələlərinə dəstək verir”.

Hulusi Akar qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mina və PHS-lərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində müştərək fəaliyyət də davam etdirilir (APA).