Ermənistan üçün çox böyük şans yaranıb” – Asim Mollazadəbackend

Ermənistan üçün çox böyük şans yaranıb” – Asim Mollazadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçi görüşü maraqlı nüanslarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin qalib ölkə təmsilçisinə xas jestləri, təmkinli davranışları diqqətçəkən əsas məqamlardan biri oldu.

Analitiklər yekun sənəddə Azərbaycanın maraqlarının tam təmin olunduğu qənaətindədirlər. Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra keçirilən mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi də bu aspektdən qiymətləndirilir. Müşahidəçilər hesab edirlər ki, Putinin dəhlizin açılmasının vacibliyini dilə gətirməsi Azərbaycanın maraqlarına uyğundur və Zəngəzur dəhlizinin açılmasıyla bağlı prosesi sürətləndirəcək.

Vladimir Putin mətbuat konfransında dəhlizin açılmasının vacibliyini vurğuladı. Putinin bu çağırışını Rusiyanın Zəngəzur dəhlizinin açılmasını dəstəkləməsi kimi qiymətləndirə bilərikmi? Rusiya prezidentinin dəhlizin açılmasıyla bağlı çağırışı bu prosesi sürətləndirəcək?

Demikratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Yenisabah.az-a açıqlamasında deyib ki, Ermənistan üzərinə düşən öhtəlikləri sürətlə həyata keçirməlidir:

“İlk növbədə sərhədlərin demarkasiya və delimitasiyasıdır. Azərbaycanın ərazi bütövlüyünü tanınması və bu istiqamətdə kommunikasiyaların açılması nəzərdə tutulub. İlk növbədə Zəngəzur dəhlizi nəzərdə tutulub. Bu çox mühüm bir amildir. Rusiya rəhbərliyi də bunu açıq ifadə edir. Rusiyanın özünün çox ciddi maraqlarına uyğun bir məsələdir. Ermənistan ikitərəfli işçi qrupda bu işləri sürətləndirməlidir. Bu proses sürətlə həyata keçməlidir”.

Deputatın sözlərinə görə, bölgədə sülh və stabilliyə böyük ehtiyac var:

“Ermənistan bir dövlət kimi öz mövcudluğunu ancaq o zaman saxlaya bilər ki, qonşulara qarşı olan ərazi iddialarına son qoysun, kommunikasiyaları açsın və normal bir dövlətə çevirilsin. Bu əslində Ermənistanın özünün çox ciddi sosial iqtisadi problemlərinin həllinə gətirə bilər. Rusiyada, Azərbaycan da bölgədə müharibə istəmir. Əslinə qalsa, Ermənistan heç müharibəyə qadir deyil. Onun üçün də çox böyük bir şans yaranıb. Bölgədə əməkdaşlıq, sabitlik mühiti hamının maraqlarına uyğun olaraq bütün dəhlizlərin açılışı bölgədə yeni bir situasiya yaradır.

Mənə elə gəlir ki, Ermənistan rəhbərliyi də artıq anladı. Çünki Rusiya Ermənistan üçün hansısa savaşları başlamaq fikrində deyil. Ermənistan üçtərəfli bəyanatda qəbul olunan bütün şərtləri sürətlə həyata keçirməlidir. Tezliklə hər bir addım atılmalıdır. Düşünürəm ki, bütün istiqamətlərdə sürətlə işlər görülməlidir”.