Ermənistanda çeçen qadının qətli ilə bağlı iki nəfər AXTARIŞA VERİLDİbackend

Ermənistanda çeçen qadının qətli ilə bağlı iki nəfər AXTARIŞA VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayşat Baymurodovanın qətli ilə bağlı Ermənistan İstintaq Komitəsi iki şəxsi beynəlxalq axtarışa verib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi oktyabr ayında İrəvandakı mənzillərdən birində meyiti tapılan çeçen əsilli Ayşat Baymurodovanın qətli ilə bağlı iki şübhəlini axtarışa verib.

Rəsmi məlumatda bildirilir ki, fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İstintaq orqanları şübhəlilərin ölkədən çıxa biləcəyi ehtimalını nəzərə alaraq onların beynəlxalq axtarışa verildiyini açıqlayıb.

Qatil və ya qatillərin kimliyi, motiv və digər detallarla bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az