Ermənistanda FUTBOL BÖHRANI -1:9 hesablı darmadağın narazılıqları KƏSKİN ARTIRDIbackend

Ermənistanda FUTBOL BÖHRANI -1:9 hesablı darmadağın narazılıqları KƏSKİN ARTIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan yığmasının baş məşqçisi tənqid dalğasını azaltmaq üçün gizli görüşlərə göndərilib.

İnterpress.az xəbər verir ki, bu barədəerməni mediası məlumat yayıb.

Ermənistan Futbol Federasiyası Portuqaliya millisi ilə 1:9 hesablı darmadağından sonra yaranan kəskin narazılığı yumşaltmaq qərarına gəlib. Bunun üçün baş məşqçi Yegişe Melikyan futbol dairələrindəki rəqiblərlə qapalı görüşlərə göndərilib.

Mənbələrin sözlərinə görə, federasiya bu addımla Melikyana yönəlik tənqidləri azaltmağa çalışır.

Melikyanın FFA-dan yüksək maaş aldığı bildirilir — onun aylıq qazancı bir neçə milyon dram təşkil edir.

Buna baxmayaraq, ölkə futbol mütəxəssisləri baş məşqçinin uzunmüddətli islahatlar aparmaq bacarığına şübhə ilə yanaşırlar.

Qeyd edilir ki, o, milli komandanın vəziyyatini dəyişməkdə indiyədək uğur qazana bilməyib.

Xuraman Etibarlı

İnterpress.az