Ermənistanda kişi arvadını YANDIRMAQ İSTƏDİbackend

Ermənistanda kişi arvadını YANDIRMAQ İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda kişi arvadını yandırmağa cəhd edib.

Interpress.az xəbər verir ki, Ermənistanın Araqatsotn vilayətində yaşayan 51 yaşlı kişi həyat yoldaşını yandırmağa cəhd etdiyi üçün polis tərəfindən saxlanılıb.

Hadisə avqustun 10-da, saat 21:30 radələrində baş verib.

Məlumata görə, kişi sərxoş vəziyyətdə ailə münaqişəsi zamanı arvadının belinə benzin tökərək alışqanla süfrəni yandırıb.

Alovu söndürməyə çalışan onların azyaşlı qızı da yanıq xəsarətləri alıb.

Xuraman Etibarlı

Interpress.az