Ermənistanın baş naziri gözlənildiyi kimi, “Ana Rusiya”nın ağuşuna qayıdıb – “Hraparak”backend

Ermənistanın baş naziri gözlənildiyi kimi, “Ana Rusiya”nın ağuşuna qayıdıb – “Hraparak”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri gözlənildiyi kimi, “Ana Rus”un ağuşuna qayıdıb.

interpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“İyulda biz yazmışdıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Ana Rusun sinəsinə yolunu azmış oğul kimi qayıda bilər”.

Paşinyan dar dairədə dedi ki, payızda sürprizlər ola bilər. Avqustun 31-də keçirilən mətbuat konfransında ilk işarə Rusiyaya baş əymək idi və dünən məlum oldu ki, Ermənistan qeyri-rəsmi BRİCS və MDB sammitlərində iştirak edəcək.

BRİCS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Bəziləri Nikol Paşinyanın ritorikasını dəyişməsi ilə avqustun 23-də Rusiya prezidenti Vladimir Putinlə sonuncunun Bakı səfərindən dörd gün sonra baş tutan telefon danışığı arasında əlaqə görür.

Bundan 4 gün sonra Putin Azərbaycan Prezidenti İlham Əliyevlə də danışıb və bir gün sonra iki ay uzanan delimitasiya qaydaları imzalanıb”, – nəşr qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az