Ermənistanın ilk ombudsmanı: “Heç kim uşağını orduya göndərmək istəmir, çünki…“backend

Ermənistanın ilk ombudsmanı: “Heç kim uşağını orduya göndərmək istəmir, çünki…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda valideynlərin uşaqlarını orduya göndərmək istəmədiyi şərait yaradılır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan avqustun 23-də jurnalistlərlə görüşündə bildirib.

O qeyd edib: “Əvvəlcə valideynlərə uşaqların Qarabağa xidmətə getməyəcəklərini söylədilər, amma indi söhbət valideynlərin uşaqlarını oraya göndərmək istəməməsi üçün orduda belə bir mühit yaratmaqdan gedir. 2018-ci ildən əvvəl orduda dəhşətli hadisələr olanda haqlı olaraq səsini qaldıran təşkilatlar indi haradadır?”

Hüquq müdafiəçisi vurğulayıb ki, bu gün Ermənistan yeni bir məhv mərhələsinə qədəm qoyub və hazırda hakimiyyətin gördüyü işlər Azərbaycan və Türkiyəni Ermənistana hücuma sövq  etməyə bərabərdir. “Hər şey yenidən xalqın adından edilir və bütün addımlar bununla əsaslandırılır. Ermənistan hakimiyyətinin gördüyü hərəkətlər vəziyyəti nəzarətdə saxlamadıqlarını göstərir”.

O qeyd edib ki, orduda ərzağın keyfiyyəti məsələsinin vacibliyi ilə paralel olaraq Ermənistanın müdafiə naziri eyni vaxtda silahlı qüvvələrin məhv edilməsi prosesinin dayandırılması üçün hansı addımların atıldığını deyə bilər.

Xatırladaq ki, avqustun 19-da Ermənistan hərbi hissəsinin döyüş mövqeyində 3 əsgər öldürülüb. Elə həmin gün həmin hərbi hissənin çağırışçısı şübhəli qismində həbs olunub.