Əsgərlərmizə qumbara atan erməni terrorçudan yeni XƏBƏR – HƏBS EDİLMƏYİBbackend

Əsgərlərmizə qumbara atan erməni terrorçudan yeni XƏBƏR – HƏBS EDİLMƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 13-də Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan erməni terrorçu Norayr Mirzoyanla bağlı yeni xəbərlər var.

Qarabağdakı separatçıların “hüquq müdafiəçisi” Metaxe Akopyan Norayr Mirzoyana baş çəkib.

O, “Hraparak”a açıqlamasında hazırda Ermənistanda olan Mirzoyana qarşı heç bir ittihamın irəli sürülmədiyini diqqətə çatdırıb.

“Norayr Mirzoyanın səhhəti və ya həyatı ilə bağlı heç bir təhlükə yoxdur”.

Akopyan həmçinin qeyd edib ki, Norayrın Xankəndidəki ailəsi ilə bağlı da hər şey normaldır.

Qarabağ separatçılarının “hüquq müdafiəçisi” bildirib ki, Norayr Mirzoyan həkimlərin nəzarəti altında tibb müəssisəsindədir, o, saxlanılmayıb və həbs edilməyib.

Hadisədən sonra “Ermənistan Milli Qvardiyası” adlı qeyri-hökumət təşkilatı Norayr Mirzoyana 1000 dollar yardım edəcəyini bildirmişdi.

Bu gün məlum olub ki, terrorçunun ailəsinə 1000 yox, 3000 ABŞ dolları yardım edilib.

Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.

Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələrlə cinayət işi açıb./Modern.az