Everestdə 12 min kq nəcis aşkar edilib.
İnterpress.az xəbər verir ki, Nepal və Çin sərhəddində yerləşən Everest dağı kütləvi turizmin təsirindən əziyyət çəkir.
Hər il yüzlərlə alpinist ora hücum edir və onların çoxu çadırlar, balonlar, qablaşdırma və geyimlər qoyub gedir. Amma əsas problem nəcisdir.
Son illərdə Everestdən on tonlarla zibil və bir neçə ton nəcis çıxarılıb. Lakin problem həll olunmamış qalır – tullantıların çıxarılması bahalı, çətin və təhlükəlidir.
Artıq yamaclarda 12 000 kq-a yaxın insan nəcisinin yığıldığı təxmin edilir.
Xuraman Etibarlı
İnterpress.az