Evində narkotik və odlu silah gizlədən şəxs saxlanıldıbackend

Evində narkotik və odlu silah gizlədən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.