Fəal qadın köynəyindəki yazıya görə 5 ilədək HƏBS OLUNACAQ – FOTObackend

Fəal qadın köynəyindəki yazıya görə 5 ilədək HƏBS OLUNACAQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeşdə fəal qadına Allahı təhqir edən yazılı “futbolka”ya görə 5 ilədək həbs cəzası verilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Mərakeş mediası məlumat yayıb.

Mərakeşin paytaxtı Rabatda 50 yaşlı feminist və LGBT hüquqları müdafiəçisi İbtissam Laşqar “dinə qarşı təhqiramiz ifadələr” ittihamı ilə həbs olunub.

Səbəb onun üzərində “Allah is lesbian” yazılmış “futbolka” ilə çəkilmiş fotosu və islamı “faşist və qadınlara nifrət edən ideologiya” adlandırmasıdır.

Prokurorluq bildirib ki, Laşqar “Allaha qarşı təhqiredici ifadələr yaymaqda” və “İslam dinini alçaltmaqda” ittiham olunur.

Mərakeş qanunlarına görə, internetdə və ya ictimai yerdə küfr yaymaq 5 ilədək həbs və 200 min dirhəmədək (təxminən 20 min avro) cərimə ilə cəzalandırılır.

Fəal sosial şəbəkədə yazıb ki, fotonu paylaşdıqdan sonra ona minlərlə zorlanma, öldürülmə və daşqalaq edilmə hədəsi göndərilib.

Onun sözlərinə görə, “futbolka”dakı şüar məşhur feminist ifadə olan “Nobody knows I’m a lesbian” (“Heç kim bilmir ki, mən lezbiyanam”) cümləsinin dəyişdirilmiş formasıdır.

İbtissam Laşqar Mərakeşdə nadir açıq ateist və feministlərdən biridir. 2009-cu ildə Ramazan ayında piknik keçirməyə cəhd edib, abortların leqallaşdırılmasını tələb edir və ölkədə LGBT hərəkatını dəstəkləyir.

Hazırda o, istintaq altındadır. Onun taleyi barədə qərarı prokurorluq 48 saatlıq saxlanma müddəti bitdikdən sonra verəcək.

XuramanEtibarlı

İnterpress.az