Filippində ekoloji fəlakət: bərpası üçün illər lazım olacaqbackend

Filippində ekoloji fəlakət: bərpası üçün illər lazım olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində üç həftə əvvəl batan tankerdən neft sızaraq ekoloji fəlakətə səbəb olub.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

Belə ki, dəniz canlıları tələf olub, sahildə üzmək və ovlamaq qadağan edilib. Bildirilib ki, neftin təmizlənməsi üçün aparılan işlər daha 6 ay çəkəcək, dağılmanın nəticələrinin aradan qalxması üçün isə illər lazım olacaq.
Filippin son illərin ən böyük ekoloji fəlakətlərindən biri ilə mübarizə aparır.

Qeyd edək ki, 800 min litr neft daşıyan tanker üç həftə əvvəl batıb. Tankerdən sızan neft Mindoro adasının ətrafına kilometrlərlə yayılıb.

Təmizlik işləri 3 həftədir davam edir. Tankerdəki sızmanın da qarşısını almaq mümkün olmayıb.

Ərazidə ov və üzgüçülük qadağan edilib. İşi kəsilən balıqçılar gündəlik qazanclarının yarısı qədər təmizlik işlərində iştirak edirlər.

Fəsadları aradan qaldırmaq üçün illər lazım olacaq.

Neftin 5000 hektar manqrov meşələrinə və mərcanlara ziyan vurduğu təxmin edilir.

400 metr dərinlikdə yatan tanker Yaponiya qrupları tərəfindən uzaqdan idarə olunan sualtı vasitəsi ilə yoxlanılıb. Tankerin daşıdığı yanacağın 60 faizini sızdırdığı müəyyən edilib.

ABŞ, Yaponiya və Cənubi Koreya da neftin təmizlənməsi səylərini dəstəkləyir.

Təmizlik işlərinin daha 6 ay çəkəcəyi təxmin edilir. Sızmanın təsirlərinin tamamilə yox olması üçün illər lazım olacaq.