“Finalissima”: Argentina İtaliyanı məğlub edibbackend

“Finalissima”: Argentina İtaliyanı məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib.

“Finalissima” adı verilən görüş İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda təşkil olunub.

Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 28-ci dəqiqədə Lautaro Martines vurub. 45+1-ci dəqiqədə Anxel Di Mariya fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə isə Paulo Dibala görüşdə son nöqtəni qoyub.

Beləliklə, Argentina “Finalissima”nın kubokunu başı üzərinə qaldırıb.

Finalissima

1 iyun

22:45. İtaliya – Argentina – 0:3

Qol: Lautaro Martines, 28. Anxel Di Mariya, 45+1. Paulo Dibala, 90+4

Baş hakim: Pyero Masa (Çili)

London, “Uembli” stadionu

Qeyd edək ki, görüş UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.